(994 50) 210-61-28


Avtorizasiya



Məni yadda saxla

Xidmətlər

Xəritə xidməti

 

 

Bu xidmətin köməyi ilə istifadəçi öz istəyinə uyğun interaktiv xəritə əldə edir. Yəni POI (point of interest) və ya digər axtarış üsulu ilə istifadəçiyə lazım olan obyektlər (otellər, restoranlar, marketlər, apteklər, ticarət mərkəzləri və s.) əvvəlcədən yaradılmış layların üzərində xüsusi nişanlarla xəritədə qeyd olunur. Seçilmiş lay üzərinə əlavə element daxil etdikdə, yaxud ünvan, əlaqə vasitələri və s. kateqoriyaya görə axtarış verdikdə, xəritə üzərində qeyd olunmüş nişanlar görünməyə başlayır. Bu isə inetraktiv xəritədə istifadəçinin istəyinə uyğun ümumi mənzərəni daha asan və aydın görməyə kömək edir.

 

Qeyd edək ki, geomarketinq sahəsində bu xidmətin imkanlarından yararlanmağın zəruriliyi artıq bir reallıqdır.

 

Məsələn, hər hansı biznes obyekti (market, aptek, restoran, otel və s.) açmaq istəyirsiniz. Bunun üçün münasib ərazinin seçilməsi ən vacib şərtdir. Yəni, həmin ərazidə yaşayan əhalinin sayı, eyni tip obyektlerin mövcudluğu (az, çox və ya olmaması), rəqabət mühitinin əlverişliliyi və s. kimi vacib statistik informasiyaların analizi nəticəsində tərtib olunmuş müvafiq interaktiv xəritələri hazırlayaraq, müştərilərimizə təklif edirik.