(994 50) 210-61-28


Avtorizasiya



Məni yadda saxla

Xidmətlər

Naviqasiya xidməti

 

 

Uzun müddət  tıxaclarda qalaraq vaxt itkisi ilə üzləşməkdən, əsəb gərginliyindən, əlavə yanacaq sərfiyyatından bezmisinizsə, təklif etdiyimiz naviqasiya xidməti vəziyyətdən ən yaxşı çıxış yolu ola bilər. Bəs nə üçün məhz bizim naviqasiya xidməti? Ona görə ki:

 

    1.  Yollardakı vəziyyət (tıxaclar, təmir-tikinti, tədbirlər və s.) haqqında bütün informasiyalar Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) alınır və bu məlumatlar analiz edilərək, ən optimal alternativ marşrut təklif olunur.
    2.  Naviqasiya xidməti, həm də səsli formada bütün yolboyu sizin yardımçınız ola bilər. Belə ki, yollarda radarlar, polis postları, yol nişanları və digər maneələr haqqında bütün xəbərdarlıq məsləhətləri ucadan və aydın şəkildə sürücünün diqqətinə çatdırırlır.
    3.  Məlumdur ki, hər gün  yollarda çoxlu dəyişikliklər olur: yolların bəzilərində təmir gedir, bəziləri bağlanır, yeni yollar açılır, yol nişanları, sürət rejimi dəyişir və s. Bütün bu dəyişikliklər gündəlik olaraq izlənilərək dinamik şəkildə servisdə yenilənir. İstifadəçi bunun köməyi ilə ən aktual marşrutlar haqqında məlumat əldə edir.
    4.  Əgər smartfon telefonunuz naviqasiya xidmətinə qoşuludursa, telefonun ekranına baxmaqla getdiyiniz ərazidə axtardığınız ünvanı həmin ətrafda olan kafe, restoran, kinoteatr, ticarət mərkəzi və s.-ə nəzərən asanlıqla təyin etmək olur.
    5.  Mürəkkəb yol qovşaqlarında hərəkəti düzgün istiqamətdə davam etdirmək çətin olduqda, görüntü funksiyası birmənalı doğru qərar qəbul etməyə və manevr imkanı yaradır. Belə ki, çətin hərəkət sahəsinə yaxınlaşan zaman ekranda manevr yerinin realist təsviri görünür və yanıb-sönən ox işarəsi hərəkəti məhz hansı istiqamətdə davam etdirməyin lazım olduğunu göstərir.
    6.  Tikililərin üçölçülü rejimdə vizual görüntüsü ərazini yaxşı qavramaqla yanaşı, daha tez tanış olmaq imkanı verir. Bütün binaların real vəziyyəti əks olunur, naviqatorun ekranında ərazinin real təsvirini daha da yaxınlaşdırır.