(994 50) 210-61-28


Avtorizasiya



Məni yadda saxla

Xidmətlər

İzləmə xidməti

 

Təqdim etdiyimiz izləmə xidmətinin sayəsində nəqliyyat vasitəsi haqqında (təyin olunmuş marşrut üzrə hərəkəti, sürəti və s.) fasiləsiz olaraq ötürülən məlumatları istənilən an əldə etmək mümkündür. Belə ki, proqram-aparat kompleksindən ibarət qurğu toplanmış informasiyanı dispetçer mərkəzinə ötürür. Proqram təminatının köməyi ilə toplanmış informasiya analiz olunaraq, hesabatlar tərtib edilir. Bu xidmət, həm də qlobal GPS naviqasiya sisteminin bazası əsasında aşağıdakı vacib problemləri həll etməyə imkan verir:

 

    1. Sistem nəqliyyat vasitəsinin təyin olunmuş marşrut üzrə bütün hərəkətini qeyd edərək, onu nəzərdə tutulmayan yollarda yürüməkdən, əlavə vaxt itirməkdən və artıq yanacaq sərfindən çəkindirir. Yəni dispetçerlər istənilən vaxt nəqliyyat vasitəsinin təyin olunmuş marşrut üzrə gedib-getmədiyi barədə dəqiq məlumat alaraq, hərəkətin daha səmərəli idarə olunmasını təmin edir.
    2. Nəqliyyat vasitəsinə quraşdırılmış xüsusi ötürücülər (datçik) vasitəsilə yolda sürət rejiminə nəzarət olunur, qəza vəziyyəti haqqında xəbərdarlıq edilir, yol hərəkəti qaydalarının pozulmasının qarşısı alınır. Sürücü təhlükəli vəziyyətə düşərsə, yaxud nəqliyyat vasitəsinin qaçırılmasına cəhd olarsa, səsli rabitənin köməyi ilə dispetçer mərkəzinə xəbər ötürülür. Bu da öz növbəsində, daşınma və hərəkətin təhlükəsizliyini artırır.
    3. Sürücülərin intizam və məsuliyyətinin artırılması bilavasitə izləmə xidmətinin tətbiqi ilə bağlıdır. Bu da xidmətin keyfiyyətinin artırılmasına ciddi şəkildə təsir edir.
    4. Bu xidmətin tətbiqi nəticəsində həm yanacaq sərfiyyatı azalır, həm də yolda yaranmış vəziyyəti aydınlaşdırmaq üçün dəqiqəbaşı sürücülərə zəng etməyə ehtiyac qalmır. Nəticədə rabitə xərclərinin azaldılmasına da nail olunur. Yəni, həm də iqtisadi cəhətdən çox əlverişli bir xidmətə qoşulmuş olursunuz.