(994 50) 210-61-28


Avtorizasiya



Məni yadda saxla

Praqada keçirilən seminarda iştirak etdik


23-24 aprel 2014-cü il tarixində Çexiyanın paytaxtı Praqada Şərq Tərəfdaşlığı proqramı çərçivəsində təbii və texnogen qəzaların təsirinin qarşısının alınması, onlara hazırlıq və cavabdehlik layihəsi üzrə seminar keçirilmişdir. Regional Risklərin Elektron Atlası (ERRA – Electronic Regional Risk Atlas) əsas hədəf kimi götürülən həmin seminarda şirkətimiz də iştirak etmişdir.

 

2 günlük seminarda təbi fəlakətlərin həm sosial, həm də iqtisadi itkilərinin qiymətləndirilməsi üçün ERRA-nın tətbiqi və onun daha da inkişaf etdirilməsi istiqamətində müxtəlif ekspertlərin çıxışları müzakirə olunub. Ekspertlər həmçinin gələcəkdə müzakirəsinə ehtiyac duyulan bir sıra əsas məsələləri də qaldırıblar.



Xəbərlər