(994 50) 210-61-28


Avtorizasiya



Məni yadda saxla

Minskdə keçirilən seminarda iştirak etdik


18 fevral 2014-cü il tarixində Şərq Tərəfdaşlığı proqramına qoşulan ölkələrin təmsilçiləri Belarusun paytaxtı Minskdə toplşaraq GİS-lə bağlı sualları və təbii fəlakətlərin modelləşdirilməsi məsələlərini müzakirə etmiş, həmçinin bu sahədə öz ölkələrinin təcrübələrini bölüşmüşlər. Seminarda partnyor qismində bizim şirkət iştirak etmişdir.

 

Seminarda əsas diqqət bu mövzulara yönəlmişdir: təbii fəlakətlərin nəticələrinin yumşaldılması üçün ilkin xəbərdarlıq və monitorinq sistemləri; sel daşqınları ilə mübarizədə birgə əməkdaşlıq ; meşə yanğınlarının, zəlzələlərin, sel daşqınlarının, torpaq srüşmələrinin modelləşdirilməsi; açıq GİS mənbələrindən istifadə etməklə risklərin modelləşdirilməsi və relyefin rəqəmli modelinin hazırlanması.

 

Seminarın sonunda iştirakçılar bu cür görüşlərin əhəmiyyətini yüksək qiymətləndirmiş və gələcəkdə də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması yönündə əməkdaşlığı dərinləşdirməyi zəruri hesab etmişlər.



Xəbərlər