(994 50) 210-61-28


Avtorizasiya



Məni yadda saxla

Layihəmiz sona çatdı!


Artıq bir neçə aydır ki, üzərində işlədiyimiz vacib layihələrdən olan Avropa Birliyinin maliyyə dəstəyilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində "Təbii və Texnogen Təhlükələrin Təsirinin Qarşısının alınması, onlara Hazırlıq və Cavabdehlik" layihəsi (PPRD East) uğurla sona çatdı. Layihə çərçivəsində tərəfimizdən 6 elektron risk xəritəsi işlənib hazırlanmışdır. Bunlar aşağıdakılardır:

 

  • Yer sürüşməsi riski xəritəsi
  • Meşə yanğınları riski xəritəsi
  • Daşqın riski xəritəsi
  • Texnogen təhlükə xəritəsi
  • Təhlükəli şəraitdə olan mülkiyyətlə bağlı xəritə
  • Ölkənin zəiflik xəritəsi

 

Qeyd edək ki, bu layihələr hazırlanarkən, işçi heyəti olaraq çox maraqlı bir iş prosesi yaşadıq, bir çox yeni sahələrdə daha da böyük səriştə və bacarıq əldə etdik. Ümid edirik ki, ölkəmizdə müxtəlif təhlükə risklərini azaldılmasında bizim də əməyimizin təsiri olacaq.



Xəbərlər