(994 50) 210-61-28


Avtorizasiya



Məni yadda saxla

“OCTOPUS” şirkəti “Bakutel 2013” sərgisində iştirak etmişdir


2-5 dekabr 2013-cü il tarixində Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları – “Bakutel 2013” sərgi-konfransı keçirilmişdir. Tədbir çərçivəsində “OCTOPUS” şirkəti yerli istehsal olan “NAZ Lifan” avtomobil zavodu ilə birlikdə “Bakutel 2013” sərgisində naviqasiya sistemini nümayiş etdirmişdir.

 

Məlumat üçün bildirək ki, “Bakutel 2013” sərgisi telekommunikasiya və informasiya texnologiyaları sektorunun bütün nailiyyətlərini nümayiş etdirmək, qeyri-adi ideya və layihələri təqdim etmək, habelə müzakirələr, danışıqlar və yeni-yeni uğurların təməlini təşkil edən biznes münasibətlərini qurmaq üçün çox münasib platformadır. Ona görə də belə tədbirlər bir çox ölkənin mütəxəssislərinin, ekspertlərinin və sahə peşəkarlarının hər il diqqətini cəlb edir.



Xəbərlər