(994 50) 210-61-28


Avtorizasiya



Məni yadda saxla

Xəbərlər

“OCTOPUS” şirkəti yeni layihəyə start verdi!

29 Yanvar 2014


Bu yaxınlarda şirkətimiz Avropa Birliyinin maraqlı və vacib bir layihəsi – "Təbii və Texnogen Təhlükələrin Təsirinin Qarşısının alınması, onlara Hazırlıq və Cavabdehlik" adlı proqrama (PPRD East) cəlb edildi. Burada biz İspaniyanın EPTISA Servicios de Ingeniería, S.L. şirkəti ilə əməkdaşlıq edir və eyni zamanda onlarla təcrübə mübadiləsi aparırıq.


Ətraflı

“OCTOPUS” şirkəti “Bakutel 2013” sərgisində iştirak etmişdir

04 Dekabr 2013


2-5 dekabr 2013-cü il tarixində Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları – “Bakutel 2013” sərgi-konfrans keçirilmişdir. Tədbir çərçivəsində “OCTOPUS” şirkəti yerli istehsal olan “NAZ Lifan” avtomobil zavodu ilə birlikdə “Bakutel 2013” sərgisində naviqasiya sistemini nümayiş etdirmişdir.


Ətraflı

Ölkəmizi Rusiya Federasiyasında keçirilən konfransda təmsil etdik

19 Sentyabr 2013


18-19 sentyabr 2013-cü il tarixdə Sankt-Peterburq şəhərində keçirilən səhiyyə sisteminin modernləşdirilməsi proqramı çərçivəsində “Rusiyanın səhiyyə sahəsində Geoinformasiya sistemləri (GİS): verilənlər, analiz, həllər” adlı III Ümumrusiya konfransı uğurla başa çatmışdır. Konfransda Rusiyanın müxtəlif şəhərlərindən 69 təşkilatı təmsil edən 117 mütəxəssis, həmçinin Azərbaycandan yeganə olaraq “Octopus” şirkəti iştirak etmişdir.


Ətraflı