(994 50) 210-61-28


Avtorizasiya



Məni yadda saxla

Xəbərlər

Praqada keçirilən seminarda iştirak etdik

24 Aprel 2014


23-24 aprel 2014-cü il tarixində Çexiyanın paytaxtı Praqada Şərq Tərəfdaşlığı proqramı çərçivəsində təbii və texnogen qəzaların təsirinin qarşısının alınması, onlara hazırlıq və cavabdehlik layihəsi üzrə seminar keçirilmişdir. Regional Risklərin Elektron Atlası (ERRA – Electronic Regional Risk Atlas) əsas hədəf kimi götürülən həmin seminarda şirkətimiz də iştirak etmişdir.


Ətraflı

Layihəmiz sona çatdı!

31 Mart 2014


Artıq bir neçə aydır ki üzərində işlədiyimiz vacib layihələrdən olan Avropa Birliyinin maliyyə dəstəyilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində "Təbii və Texnogen Təhlükələrin Təsirinin Qarşısının alınması, onlara Hazırlıq və Cavabdehlik" layihəsi (PPRD East) uğurla sona çatdı. Layihə çərçivəsində tərəfimizdən 6 elektron risk xəritəsi işlənib hazırlanmışdır.


Ətraflı

Minskdə keçirilən seminarda iştirak etdik

18 Fevral 2014


18 fevral 2014-cü il tarixində Şərq Tərəfdaşlığı proqramına qoşulan ölkələrin təmsilçiləri Belarusun paytaxtı Minskdə toplşaraq GİS-lə bağlı sualları və təbii fəlakətlərin modelləşdirilməsi məsələlərini müzakirə etmiş, həmçinin bu sahədə öz ölkələrinin təcrübələrini bölüşmüşlər. Seminarda partnyor qismində bizim şirkət iştirak etmişdir.


Ətraflı